FIFA məhkəməyə verilə bilər

İdman

28.11.2025 09:39

FIFA DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda meydandan qovulan Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun cəzasını azaltmaqla bağlı "mübahisəli" qərarına görə İdman Arbitraj Məhkəməsinə (CAS) verilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, Ronaldu bir oyunluq diskvalifikasiya və iki oyunluq şərti cəza alıb.

Mənbənin məlumatına görə, Dünya Çempionatının qrup mərhələsinin ilk iki oyununda Portuqaliya ilə qarşılaşacaq komandalar bu məsələ ilə bağlı CAS-a müraciət edə bilərlər. 

Komandalar həmçinin FIFA-nın Ronaldunun cəzasını azaltmaq qərarının səhv olduğunu sübut etməlidirlər.

Qeyd edək ki, FIFA İntizam Komitəsi Kriştianu Ronaldunu İrlandiya ilə oyunda qırmızı vərəqə aldığı üçün Portuqaliya yığmasının bir oyunundan kənarlaşdırıb. Futbolçu cəzanı artıq Ermənistanla keçirilən matçı buraxmaqla çəkib.

Xatırladaq ki, Kriştianu Ronaldu İrlandiya ilə oyunda rəqib futbolçuya dirsəklə zərbə endirib. İntizam qaydalarında zorakı davranışa görə minimum iki və ya üç oyunluq cəza nəzərdə tutulur.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Kriştianu Ronaldu,Cəza,Qərar,Todaypress.tv,