FIBA Avropa Kubokunda həftənin bombardiri Azərbaycan klubundan oldu
“LANDAU Lions”un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda həftənin ən çox xal toplayan oyunçusu olub.
TodayPress TV xəbər verir ki, FIBA altıncı turun icmalında amerikalı basketbolçunu 34 xalla həftənin ən məhsuldar oyunçusu kimi göstərib.
Cekson bu nəticəni İsveçrənin “Lions de Geneve” komandası ilə səfər qarşılaşmasında qeydə alıb. Onun məhsuldar oyununa baxmayaraq, “LANDAU Lions” rəqibinə 77:85 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin turnirdə keçirdiyi altı oyunda beşinci məğlubiyyəti olub.