Türkiyədə helikopter qəzaya uğradı, ölənlər var - VİDEO
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
***
Türkiyənin Malatya şəhərində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, helikopter hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Hadisə yerində dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
Helikopterin qəzaya uğradığı Yeşilyurt rayonunun Samanköy bölgəsinə çox sayda təcili tibbi yardım avtomobili, yanğınsöndürən və səhiyyə işçisi göndərilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Aysel Mətləb