Türküstanda gərgin mübarizə: Abasov liderliyini qorumağa çalışır!
Qazaxıstanın Türküstan şəhərində təşkil olunan Türk Şahmat Assosiasiyasının çempionatında növbəti turun görüşləri keçirilib.
TodayPress TV xəbər verir ki, kişilərin yarışında Azərbaycan təmsilçisi Nicat Abasov X turda Qazaxıstan şahmatçısı Denis Maxnevə məğlub olub. Bununla da qrossmeysterimiz turnirdə ilk dəfə məğlubiyyətlə üzləşib.
Abasov 11 turdan sonra 7,5 xal toplayaraq liderliyini qoruyub. Onun ən yaxın izləyicisi olan Maxnevlə xal fərqi yarım xala enib.
Qadınların mübarizəsində Gövhər Beydullayeva X turda Türkmənistan təmsilçisi Lalə Şöhrədovaya qalib gəlib. Hesabına 8-ci xalı yazdıran şahmatçımız turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. O, lider, Macarıstan təmsilçisi Davaadəmbərəl Nomin Erdenndən yarım xal geri qalır.
Veteran şahmatçıların yarışında mübarizə aparan Vüqar Bayramov VI turda Qırğızıstan təmsilçisi Urmatbek Asanbekova uduzub. Təmsilçimiz 2,5 xalla altıncı yerdədir.
Qeyd edək ki, bu gün veteranların turnirində son turun görüşləri keçiriləcək. Kişilərin və qadınların 14 turluq yarışlarının başa çatmasına isə üç tur qalıb.
Namiq HUN