Fernandeşdən fərdi mükafatlarla bağlı sensasion sözlər!

İdman

25.04.2026 10:04

Bruno Fernandeş fərdi mükafatların onun üçün xoş olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi ilin ən yaxşı oyunçusu mükafatına namizədlər arasında yer almasının böyük şərəf olduğunu bildirib.

31 yaşlı portuqaliyalı futbolçu kollektiv uğurların vacibliyini vurğulasa da, fərdi mükafatların xüsusi məna daşıdığını deyib:

“Komanda ilə kuboklar qazanmaq istədiyimi nə qədər desəm də, bu doğrudur. Amma fərdi mükafatlar həmişə xoşdur. Sənə futbolçular səs verir. Bu, başqa məna daşıyır, çünki onlara qarşı oynamısan. Əgər onlar səni liqanın ən yaxşılarından biri kimi tanıyırsa, bu, böyük imtiyazdır”.

Cari mövsümdə Bruno Fernandeş bütün turnirlərdə 32 oyunda meydana çıxaraq 8 qol vurub və 19 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində bir mövsümdə ən çox assist edən futbolçular siyahısında Fernandeş yalnız Tyeri Anri və Kevin De Bruynedən geri qalır - 20 assist.

Namiq HUN

TodayPress TV

tag: Bruno Fernandeş,Futbolçu,Mükafat,Turnir,Todaypress.tv,