“Fənərbağça”da Mourinyo dönəmi başa çatdı
“Fənərbağça” klubu portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə müqaviləyə xitam verib.
Todaypress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbağça” “Benfika” klubuna uduzaraq turnirdə mübarizəni dayandırıb. Nəticədən sonra rəhbərlik Mourinyo ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
“2024/2025 mövsümündən etibarən komandamızın baş məşqçisi olan Joze Mourinyo ilə yollarımızı ayırmaq qərarı verdik. Ona komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik və gələcək karyerasında uğurlar arzulayırıq”, – klubun “X” sosial şəbəkəsində yayılan açıqlamada bildirilir.
Namiq HUN