"Fənərbağça" Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçdi

"Fənərbağça" Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçdi
19.07.2025 11:30 İdman

Türkiyənin "Fənərbağça" klubu İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə görüşlmələrə başlayıb.

TodayPress TV "TRT Spor"a istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"in prezidenti Əli Koç transferi həyata keçirmək üçün böyük səy göstərir.

Digər Superliqa kollektivi "Qalatasaray"ın da transfer siyahısında yer alan 31 yaşlı yarımmüdafiəçinin hansı seçimi edəcəyi maraq doğurur.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyindiyi H.Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər