FA “Çelsi”ni ittiham etdi
İngiltərə Futbol Assosiasiyası (FA) Londonun “Çelsi” klubunu agentlərlə iş qaydalarını pozmaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə X-də məlumat yayıb.
Bildirilir ki, klub 2009–2022-ci illəri əhatə edən müddətdə FA-nın agentlərə dair qaydalarının 74 dəfə pozulmasında günahlandırılıb. Bu əsasən, klubun Roman Abramoviç tərəfindən idarə olunduğu 2010/2011–2015/2016 mövsümlərinə aiddir.
“Çelsi” ittihama sentyabın 19-a qədər cavab verməlidir.
Namiq HUN