Erlinq Haaland "YouTube"da 1 milyonu keçdi

Erlinq Haaland "YouTube"da 1 milyonu keçdi
28.11.2025 03:56 İdman

Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haaland "YouTube" kanalı 1 milyon izləyici kütləsi toplayıb.

TodayPress TV xəbər verir ki, ötən ay öz kanalını açan 25 yaşlı futbolçu izləyici sayına əsasan sözügedən platorfma tərəfindən "qızıl düymə" ilə mükafatlandırılıb.

O, indiyə qədər izləyiciləri üçün "YouTube" kanalında cəmi 3 video paylaşıb.

Qeyd edək ki, Erlinq Haaland cari mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 12 oyunda 14 qol vurub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər