Əməkdar məşqçi vəfat etdi

Əməkdar məşqçi vəfat etdi
19.12.2025 17:24 İdman

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.

TodayPress TV Azərbaycan Həndbol Federasiyasına (AHF) istinadən xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.

O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.

İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər