Əfsanə üçün yaşıl işıq: “Vaşinqton” hazırdır

İdman

21.04.2026 11:27

“Vaşinqton Keptals” xokkey klubu kapitanı Aleksandr Oveçkin ilə müqavilənin uzadılması məsələsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, klubun baş meneceri Kris Patrik maaş limiti baxımından vəziyyətin kifayət qədər əlverişli olduğunu və yay fasiləsinə komandanın çevik maliyyə imkanları ilə daxil olduğunu bildirib:

“Bu sual bir qədər çətindir. Amma maaş limiti baxımından yaxşı vəziyyətdəyik və planlarımızdan asılı olaraq müxtəlif addımlar ata bilərik”.

Qeyd edək ki, 40 yaşlı hücumçu ABŞ Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsümündə komandasının heyətində keçirdiyi bütün 82 oyunda iştirak edib. O, 32 qol və 32 məhsuldar ötürmə ilə həm komandanın ən yaxşı bombardiri, həm də ən məhsuldar oyunçusu olub.

Namiq HUN

TodayPress TV

tag: Aleksandr Oveçkin,Karyera,Xokkey,NHL,Todaypress.tv,