Dünya çempionatı: Uşanqi Kokauri yarımfinala yüksəldi
Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında Uşanqi Kokauri yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, o, 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovu üstələyib.
Buna baxmayaraq, Kənan Nəsibov medal şansını saxlayır. O, təsəlliverici görüşdə qələbə qazanarsa, bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.