“Bloomberg” məlumatı sızdırdı – İran raket istehsalını davam etdirir
İran ABŞ və İsrailin bombardmanlarına baxmayaraq, ballistik raketlər və zərbə dronları istehsal edən müəssisələrini qoruyub saxlaya bilib. Bu, ölkəyə silah ehtiyatlarını yeniləmək imkanı verir.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Qərb ölkələrinin nümayəndələrinin sözlərinə görə, İranın hələ də əhəmiyyətli ballistik raket ehtiyatları və bəzi gəmi əleyhinə silah sistemləri mövcuddur. Həmçinin ölkə əsas silah növləri üzrə arsenalını qısa müddətdə genişləndirmək üçün istehsal potensialını qoruyub saxlayır.
Bu səbəbdən Qərb rəsmiləri hesab edirlər ki, ABŞ-nin hərbi əməliyyatları yenidən başladacağı təqdirdə İran cavab zərbəsi endirmək üçün kifayət qədər döyüş potensialına malikdir. Onların fikrincə, belə bir vəziyyətdə Tehran asimmetrik müharibə üsullarına daha çox üstünlük də verə bilər.
Qiymət Mahir