Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - Türkiyədə

Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - Türkiyədə
10.10.2026 14:21 Dünya

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Məmişoğlu bildirib.

Nazirin sözlərinə görə, son dövrlərdə Türkiyədə tütün istifadəsinin səviyyəsində artım müşahidə olunur. O qeyd edib ki, ölkədə ölüm hallarının təxminən 60 faizinə səbəb olan xəstəliklərin əsas risk amillərindən biri tütün istifadəsidir.

Məmişoğlu Türkiyə əhalisinin təxminən 33 faizinin tütün istifadə etdiyini, yəni hər üç nəfərdən birinin siqaret çəkdiyini bildirib. O, Türkiyənin dünyada siqaret istifadəsinin səviyyəsinə görə ikinci yerdə olduğunu da iddia edib.

Nazir əlavə edib ki, bununla bağlı qanun layihəsinin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər