Putin Pezeşkianın MƏXFİ ŞƏRTLƏRİNİ Trampa çatdırdı
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla razılaşdıraraq İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin Türkmənistanda keçirilən sammit çərçivəsində Pezeşkianla iki görüş keçirib. Görüşlərdən birində Rusiya lideri İran Prezidentinə ABŞ Prezidenti ilə qarşıdakı telefon danışığı barədə məlumat verib.
“Daha sonra Putin İran Prezidenti ilə razılaşdıraraq İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini Trampa çatdırıb”, – Peskov bildirib.
Qeyd edək ki, Putin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində Pezeşkianla ayrıca görüş keçirib.
Qiymət Mahir