Dünya çempionatı öncəsi İspaniya millisində ciddi itki!
“Barselona” klubunun yarımmüdafiəçisi Fermin Lopes DÇ-2026-nı buraxacaq.
TodayPress TV xəbər verir ki, futbolçu La Liqanın XXXVII turunda “Betis”lə keçirilən oyunda aldığı zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.
Klubun rəsmi açıqlamasına əsasən, Fermin Lopesin sağ ayağının beşinci daraq sümüyü sınıb. Yarımmüdafiəçinin əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatında müdafiəçi Dani Carvaxal və hücumçu Alvaro Moratanın da dünya çempionatını buraxacağı barədə xəbərlər yayılmışdı.
İspaniya millisinin yekun heyətinin mayın 25-də açıqlanacağı gözlənilir.
Namiq HUN