Dortmundlu futbolçu klub prezidenti oldu
Dortmund “Borussiya”sının sabiq futbolçusu, hazırda “Los-Anceles Qalaksi”nin formasını geyinən Marko Roys klub prezidenti olub.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Marko Roys Kristof Kramer, Maks Kruz və Kevin-Prins Boatenq kimi ulduzlara qoşularaq ölkəsinin Baller Media Liqasının yüksək profilli prezidentlərindən birinə çevrilib.
36 yaşlı yarımmüdafiəçi sözügedən liqada çıxış edən “Leqasi Ballers” klubunun prezidenti olub.
Namiq HUN