DÇ-2026: Meksika və Cənubi Afrika Respublikası növbəti mərhələyə yüksəldi
Futbol üzrə dünya çempionatında A qrupunun 3-cü turuna yekun vurulub.
TodayPress TV xəbər verir ki, Meksika Çexiyanı 3:0, Cənubi Afrika Respublikası isə Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib.
Son nəticələrdən sonra Meksika 9 xalla qrupu 1-ci, CAR isə 4 xalla 2-ci pillədə başa vurub. Cənubi Koreya isə 3 xalla 3-cü yerdə qərarlaşıb.