DÇ 2026: Kolumbiya Özbəkistanı məğlub etdi

DÇ 2026: Kolumbiya Özbəkistanı məğlub etdi
18.06.2026 08:16 İdman

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları keçirilir.

TodayPress TV xəbər verir ki, K qrupunda Özbəkistan millisi Kolumbiya ilə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə 06:00-da başlayıb. Matç Meksikanın Mexiko şəhərindəki “Mexico City Stadium”da baş tutub.

Özbəkistan millisi dünya çempionatları tarixində ilk oyununda məğlub olub. Asiya təmsilçisi Munyoz, Luiz Diaz və Kampazın qollarına sadəcə Abbosbek Fayzullayevin qoluyla qarşılıq verə bilib: 1:3.

Qeyd edək ki, K qrupunda daha əvvəl Portuqaliya ilə DR Konqo üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər