DÇ 2026 davam edir - Əlcəzair İordaniyanı məğlub edib

DÇ 2026 davam edir - Əlcəzair İordaniyanı məğlub edib
23.06.2026 11:21 İdman

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, İordaniya millisi Əlcəzairlə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 07:00-da başlayıb.

Matçda hesabı İordaniya millisi açıb. Buna baxmayaraq, Əlcəzair millisi oyunda geridönüş etməyi bacarıb: 2:1.

Hər iki komanda mundiala məğlubiyyətlə start verib. İordaniya ilk turda Avstriyaya 1:3, Əlcəzair isə Argentinaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, J qrupunun digər oyununda Argentina Avstriyanı 2:0 məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər