DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi
Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.
TodayPress TV-nin məlumatına görə, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.