Danimarka futbolu itki ilə üzləşdi

Danimarka futbolu itki ilə üzləşdi
19.12.2025 12:29 İdman

Futbol üzrə Danimarka yığma komandasının sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqı məlumat yayıb. 

Bildirilir ki, iyul ayında 72 yaşlı mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.

Oqe Hareyde uzun illər Skandinaviya futbolunda önəmli fiqurlardan biri kimi tanınıb.

2018 Dünya Çempionatında Danimarka komandasının baş məşqçisi olmuş Hareydenin son iş yeri İslandiya yığması olub. O, vikinqləri 2023–2024-cü illərdə çalışdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər