Dani Karvaxal “Real Madrid”lə vidalaşdı!
“Real Madrid” klubu müdafiəçi Dani Karvaxal ilə yollarını ayırdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, 34 yaşlı futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Klub rəhbərliyi Dani Karvaxala və ailəsinə həyatının yeni mərhələsində uğurlar arzulayıb.
Dani Karvaxal “Real Madrid” akademiyasının yetirməsidir. Təcrübəli müdafiəçi 2013-cü ilin yayından əsas komandada fasiləsiz çıxış edib və hazırda kollektivin kapitanıdır.
İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb. O, ümumilikdə “Real”ın forması ilə keçirdiyi 450 matçda 14 qol vurub.
Namiq HUN