“Dakar-2026”: Ekström son mərhələni qazandı, Əl-Əttiya çempion oldu
İdman
17.01.2026 17:11
“Daçiya” komandasını təmsil edən Qətər pilotu Nasser Əl-Əttiya avtomobillər sinfində “Dakar-2026” rallisinin qalibi olub.
TodayPress TV xəbər verir ki, yarışın sonuncu - 13-cü mərhələsini isə İsveç pilotu Mattias Ekström (“Ford”) qazanıb.
İkinci yeri fransalı Sebastyan Löb (“Daçiya”), üçüncü pilləni isə yarışda Cənubi Afrika Respublikasını təmsil edən Henk Lategan (“Toyota”) tutub.
Qeyd edək ki, “Dakar-2026”nın 13-cü mərhələsində (Səudiyyə Ərəbistanı) Ekström Löbdən 8 saniyə sürətli olub və yarışı fransalı rəqibindən 37 saniyə öndə tamamlayıb. Hər iki pilot ümumi hesabda podiumun üçüncü pilləsi uğrunda mübarizə aparıb və sonda bu mövqeyi Ekström əldə edib.
“Dakar-2026”, avtomobillər – 13-cü mərhələ
1. Mattias Ekström (“Ford”) — 46:14
2. Sebastyan Löb (“Daçiya”) +0:08
3. Henk Lategan (“Toyota”) +0:13
4. Matyo Serradori (“Century”) +0:33
5. Brayan Baragvanat (“Century”) +0:36
6. Karlos Sayns (“Ford”) +0:45
7. Nani Roma (“Ford”) +2:28
“Dakar-2026”, avtomobillər – yekun nəticə
1. Nasser Əl-Əttiya (“Daçiya”) — 48:56:53
2. Nani Roma (“Ford”) +9:42
3. Mattias Ekström (“Ford”) +14:33
4. Sebastyan Löb (“Daçiya”) +15:10
5. Karlos Sayns (“Ford”) +28:30
6. Matyo Serradori (“Century”) +45:02
Namiq HUN
tag: Daçiya,Qətər ,Nasser Əl-Əttiya,Toyota,Todaypress.tv,
