Azərbaycan çempionu Polşada qələbə axtarışında!

Azərbaycan çempionu Polşada qələbə axtarışında!
30.10.2026 10:08 İdman

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.

TodayPress TV xəbər verir ki, Naxçıvan təmsilçisi III tur çərçivəsində Polşa çempionu “Piast”la üz-üzə gələcək.

Polşanın Qlivitse şəhərində yerləşən “Prezero Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin ilk turunda Macarıstanın “Uypeşt” klubunu 5:4 hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci turda isə Bosniya və Herseqovinanın “Buba Mara” komandasına 3:5 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər