Mayamidə nə baş verdi? Danışıqlar qəfildən dayandırıldı

Mayamidə nə baş verdi? Danışıqlar qəfildən dayandırıldı
10.10.2026 10:49 Dünya

ABŞ və Ukrayna nümayəndələrinin Mayamidə keçirdikləri danışıqlar planlaşdırılandan əvvəl başa çatıb. Görüşlərin oktyabrın 10-da davam etdirilməsi nəzərdə tutulsa da, ikinci gün üçün danışıqlar keçirilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoglu mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mayamidə danışıqlar planlaşdırılandan əvvəl başa çatıb. İkinci gün olmayacaq”, – deyə jurnalistin mənbələri bildirib.

Qeyd edək ki, oktyabrın 9-10-da Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri ilə Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə etməsi planlaşdırılırdı.

Qeyd edək ki, Oktyabrın 9-da görüş baş tutub. “Axios” portalı ABŞ rəsmisinə istinadən yazıb ki, danışıqlarda əsas diqqət Ukrayna üçün ABŞ, Avropa və NATO tərəfindən təhlükəsizlik zəmanətlərinin razılaşdırılmasının tamamlanmasına yönəldilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər