Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Yol Polisi sürücülərə xəbərdarlıq etdi
10.10.2026 10:53 Sosial

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

TodayPress TV xəbər verir ki, idarədən verilən məlumata görə, xüsusilə gecə və səhər saatlarında yağış və duman yollarda görünüş məsafəsini azalda, yaş yol örtüyü isə avtomobilin idarə olunmasını çətinləşdirərək əyləc məsafəsini artıra bilər.

Həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin də artacağı nəzərə alınaraq sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq və hava şəraitinə uyğun hərəkət etmək tövsiyə olunub.

BDYPİ sürücüləri sürət həddini yol və görünüş şəraitinə uyğun seçməyə, təhlükəsiz ara məsafəsini saxlamağa, ötmə və manevr zamanı diqqətli olmağa çağırıb. Həmçinin texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamağın, dayanma və durma yerlərini seçərkən təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

İdarə sürücüləri özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa çağırıb.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər