Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI
29.10.2026 10:00 İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

"Qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 23-də ictimaiyyətə açıqlanacaq.

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər