Çimayev olimpiya çempionlarına meydan oxudu!

İdman

25.04.2026 13:00

Həmzət Çimayev idman güləşi ilə MMA arasındakı fərqlərdən danışıb.

TodayPress TV xəbər verir ki, UFC-nin orta çəkidə çempionu bu iki idman növünün tamamilə fərqli olduğunu bildirib.

Çimayevin sözlərinə görə, olimpiya çempionu onu xalça üzərində məğlub edə bilər, lakin qəfəsdə istənilən olimpiya çempionuna qalib gələ bilər:

“Bu, tamamilə fərqli iki idman növüdür. Olimpiya çempionu xalça üzərində məni uda bilər, amma qəfəsdə mən istənilən olimpiya çempionunu məğlub edə bilərəm”.

O, Kayl Snayder və Əbdülrəşid Sadulayev kimi tanınmış güləşçilərə hörmət etdiyini, lakin onların yalnız güləşdə böyük çempionlar olduğunu vurğulayıb.

Çimayev, həmçinin Henri Sehudonun UFC-də çempion olmasını zərbə texnikası ilə əlaqələndirib:

“Bəli, Sehudo UFC-də çempion oldu, amma buna zərbə texnikası sayəsində nail oldu. O, demək olar ki, güləşdən istifadə etmir”.

O, keçmiş UFC çempionu Daniel Cormyenin də döyüşlərdə daha çox boksdan istifadə etdiyini əlavə edib.

Namiq HUN

TodayPress TV

tag: Həmzət Çimayev,Güləş,MMA,UFC,Todaypress.tv,