Cerrarddan Salah barədə emosional açıqlama
İdman
27.04.2026 11:50
Stiven Cerrard Məhəmməd Salahın “Liverpul” forması ilə son oyununu keçirmiş ola biləcəyi barədə xəbərlərə münasibət bildirib.
TodayPress TV “TNT Sports”a istinadən xəbər verir ki, “Liverpul”un əfsanəsi bu xəbərin doğru olacağı təqdirdə bunun çox üzücü olacağını deyib.
“Bu, Salahın son oyunu idi? Bu, çox kədərli olardı, amma ümid edək ki, belə deyil. Əgər doğrudan da Salah son matçını keçiribsə, bu, təkcə onun üçün yox, “Liverpul”la bağlı hər kəs üçün inanılmaz dərəcədə üzücü olar. Çünki o, klubun əfsanəsinə çevrilib və hər kəs onun layiq olduğu şəkildə yola salınmasını istəyir”, - deyə Cerrard bildirib.
Xatırladaq ki, daha əvvəl mediada Salahın Premyer Liqanın XXXIV turunda “Kristal Pelas”la matçda (3:1) budun arxa vətərindən zədə aldığı və cari mövsüm bir daha meydana çıxmayacağı barədə xəbərlər yayılıb.
Namiq HUN
tag: Stiven Cerrard,Məhəmməd Salah,Liverpul,Açıqlama,Todaypress.tv,
