Cərimə xalları sonunu gətirdi: Cüdoçumuz Bakıda mübarizəni dayandırdı!

Cərimə xalları sonunu gətirdi: Cüdoçumuz Bakıda mübarizəni dayandırdı!
07.10.2026 14:40 İdman

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (81 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, milli komandamızın üzvü 1/8 final mərhələsində Qazaxıstan təmsilçisi Abilayxan Zubanazarla üz-üzə gəlib. 

Gərgin keçən qarşılaşmada cərimə xalları hesabına rəqibinə məğlub olan V.Qələndərzadə turnirlə vidalaşıb.

Qeyd edək ki, cüdoçumuz 1/8 finala qədər Bolqarıstan idmançısı Hristo Valkov və estoniyalı Saad Dikayevi məğlub edərək mərhələ adlamışdı.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Cərimə xalları sonunu gətirdi: Cüdoçumuz Bakıda mübarizəni dayandırdı! — 1
Cərimə xalları sonunu gətirdi: Cüdoçumuz Bakıda mübarizəni dayandırdı! — 2
XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər