Çempion məşqçi postunda qaldı: Arteta “topçular”la gələcəyə imza atdı!

Çempion məşqçi postunda qaldı: Arteta “topçular”la gələcəyə imza atdı!
07.10.2026 15:20 İdman

Londonun “Arsenal” klubunun rəhbərliyi baş məşqçi Mikel Arteta ilə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ilə “topçular” arasında bağlanan yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.

Həmçinin Artetanın məşqçilər korpusunun üzvlərinin də müqavilələri yenilənib.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu iş Mikel üçün baş məşqçi kimi böyük futbolda ilk təcrübə olub. Bundan əvvəl o, “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.

Artetanın rəhbərliyi altında “topçular” 2025/2026-cı illər mövsümündə Premyer Liqanın çempionu olublar. M.Arteta ilə “Arsenal” həmçinin İngiltərə Kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər