Bakı tatamisində zəfər yürüşü: Ömər Rəcəbli medal matçına yüksəldi!

Bakı tatamisində zəfər yürüşü: Ömər Rəcəbli medal matçına yüksəldi!
07.10.2026 15:07 İdman

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda təşkil olunan dünya çempionatında təsəlliverici qarşılaşmada qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, milli komandamızın üzvü Sloveniya təmsilçisi Nake Herkoviçdən üstün olaraq mundialın bürünc medalı uğrunda görüşə vəsiqə əldə edib.

Qeyd edək ki, Ö.Rəcəbli daha əvvəl Sibqatullah Arabı (IRT) və Özbəkistan cüdoçusu Murodcon Yuldoşevi məğlub etsə də, 1/4 finalda Serbiyanı təmsil edən Mihaylo Siminə uduzub. Sloveniyalı rəqibini keçən cüdoçumuz bürünc medal şansını saxlayıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Bakı tatamisində zəfər yürüşü: Ömər Rəcəbli medal matçına yüksəldi! — 1
XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər