Avropa çempionatına doğru ilk addım: Seçmə mərhələdə rəqiblər nə vaxt bəlli olur?

Avropa çempionatına doğru ilk addım: Seçmə mərhələdə rəqiblər nə vaxt bəlli olur?
07.10.2026 13:50 İdman

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında yer alacağı səbət bəlli olub.

TodayPress TV xəbər verir ki, millimiz püşkatma mərasimində 5-ci səbətdə qərarlaşacaq. 

Azərbaycan yığması ilə yanaşı bu səbətdə Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları da yer alıb.

Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində təşkil olunacaq.

Qeyd edək ki, seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr ayları aralığında keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər