Ərdoğan Putinlə Qara dənizdəki son vəziyyəti müzakirə etdi

Ərdoğan Putinlə Qara dənizdəki son vəziyyəti müzakirə etdi
07.10.2026 16:03 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

TodayPress TV Türkiyə bürosu yerli mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.

Tərəflər eyni zamanda, Türkiyə-Rusiya münasibətləri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan işlərin əhəmiyyətini vurğulayıb, Türkiyənin Rusiya ilə Ukrayna arasında təmasların başlanması üçün töhfə verməyə hazır olduğunu bildirib. 

TodayPress TV

 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər