Hər yüz ildən bir almanları məğlub etməkdən bezdik - Rusiyadan dünya savaşı anonsu

Hər yüz ildən bir almanları məğlub etməkdən bezdik - Rusiyadan dünya savaşı anonsu
07.10.2026 13:13 Dünya

Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov Almaniya kansleri Fridrix Merzi sərt ifadələrlə hədələyib.

TodayPress TV xəbər verir ki, Solovyov Merzin Rusiyaya qarşı tələblərinə münasibət bildirərkən Almaniyanın tarixən Rusiyanın Berlinə yürüşləri ilə üzləşdiyini xatırladıb.

“Merz, sən kimsən ki, kimdənsə bir şey tələb edirsən? Almanlar hər əsrdə rusların Berlinə yürüşünü izləməkdən zövq alırlarmı? Bu dəfə yürüş etməyəcəyik, çünki radioaktiv toz çəkmələrimiz üçün pisdir”, – deyə o bildirib.

Solovyov daha sonra Almaniyanı təhdid edərək ölkənin “Karfagenin aqibətini yaşayacağını” (red. Eramızdan əvvəl 146-cı ildə Roma tərəfindən tamamilə dağıdılan qədim şəhərin taleyinə işarə edir) və “radioaktiv səhraya çevriləcəyini” söyləyib.

Solovyovun  bu tarixi paralelləri Almaniyaya qarşı nüvə təhdidi ilə birləşdirməsi isə xüsusi  diqqət çəkir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər