Qeyts vəbanı laboratoriyada düzəldib ki, əhali qırılsın - İDDİA
Bill Qeytsin Rusiyada “bioterrorizm” ittihamı ilə axtarışa verilməsi barədə iddia yayılıb.
TodayPress TV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Bill Qeyts barəsində həbs qərarı verdiyi və onu “bioterrorçu” elan etdiyi iddia olunur.
İddiaya görə, Qeyts Ukraynadakı biolaboratoriyalarda süni intellekt alətlərindən istifadə etməklə pnevmonik vəba xəstəliyini “mühəndislik yolu ilə yaradıb”. Həmçinin bildirilir ki, guya Putin tərəfindən yayımlanan 3 min səhifəlik dosyedə bununla bağlı sübutlar yer alır və sözügedən patogen milyardlarla insanın ölümünə səbəb ola bilər.
Məsələnin Rusiya ilə bağlı digər hissəsində isə İrkutsk şəhərindəki Antivəba Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Darya Şipilovanın pnevmoniya və vəba şübhəsi ilə ölümündən bəhs edilir.
Jalə Rövşən