Zaytseva üçün uğursuz start: Azərbaycan cüdoçusu tatamidən məğlub ayrıldı!
Azərbaycan cüdoçusu Hanna Zaytseva (63 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni başa vurub.
TodayPress TV xəbər verir ki, yarışa 1/16 final mərhələsindən qoşulan təmsilçimiz ilk görüşündə Macarıstan cüdoçusu Anna Kriza ilə üz-üzə gəlib.
Qarşılaşmada rəqibinə məğlub olan Zaytseva mundialla vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan milli komandasının üzvlərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Namiq HUN