Zorakılığın kökü haradan gəlir? - ARAŞDIRMA
İnsanlar da daxil olmaqla, primatlarda gündəlik aqressiyanın ölümcül zorakılığa çevrilməsi mütləq deyil.
TodayPress TV xəbər verir ki, Böyük Britaniyanın Linkoln Universitetinin alimləri 100 primat növünün davranışlarını araşdıraraq bu nəticəyə gəliblər.
Tədqiqat “Evolution Letters” jurnalında dərc olunub. Alimlər adi münaqişələrdən ölümcül hücumlara qədər aqressiyanın beş formasını müqayisə ediblər. Araşdırma göstərib ki, gündəlik aqressiv davranışlarla ölümcül zorakılıq arasında demək olar ki, əlaqə yoxdur.
Tədqiqatçılar həmçinin yetkin fərdlərin və balaların öldürülməsi kimi ölümcül zorakılıq formalarının bir-biri ilə müəyyən qədər əlaqəli olduğunu müəyyən ediblər.
Alimlərin fikrincə, bu nəticələr aqressiyanın bütün formalarının eyni bioloji və təkamül mexanizmlərindən yaranmadığını göstərir.
Tədqiqatın rəhbərlərindən Bonaventura Maiolo bildirib ki, primat növlərini ümumi aqressivlik səviyyəsinə görə sıralamaq düzgün yanaşma deyil.
Araşdırmanın nəticələri insanlarda zorakılığın mənşəyi ilə bağlı müzakirələrə də yeni baxış gətirir. Alimlər hesab edirlər ki, insan zorakılığını yalnız bioloji amillərlə izah etmək mümkün deyil və sosial və mədəni faktorlar da nəzərə alınmalıdır.
Türkan İsgəndərli