İzmirin meri CHP-dən istefa verib Ərdoğanın partiyasına keçdi

İzmirin meri CHP-dən istefa verib Ərdoğanın partiyasına keçdi
07.10.2026 15:00 Dünya

Türkiyənin üçüncü böyük şəhəri İzmirin meri Cəmil Tuğay hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulub.

TodayPress TV xəbər verir ki, Tuğayın partiyaya qoşulması Ankarada Türkiyə Prezidenti, AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilib.

Tuğay 2024-cü ilin martında Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi İzmirin meri seçilib. O, həmin seçkilərdə səslərin 49 faizini, AK Parti namizədi isə 37 faizini qazanıb.

Bu ilin iyununda CHP-dən istefa verən Tuğay fəaliyyətini müstəqil davam etdirirdi.

Onun hakim partiyaya keçməsi AK Parti üçün mühüm siyasi qazanc sayılır. Partiya indiyədək İzmir böyükşəhər bələdiyyəsinin rəhbərliyini seçki yolu ilə qazana bilməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər