Bakı–Qazax yolunda dəhşətli qəza: 4 ölü, 1 yaralı (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, məumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
15:29
Bu
gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində
“Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili
sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
TodayPressTV xəbər verir ki, bu barədə Apa-ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma
aparılır.
"Baş Dövlət Yol Polisi
İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və
ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran
hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin
yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi
vacibdir", məlumatda deyilir.