“Çelsi”nin eks-sahibi milyardlarla bağlı məhkəməyə gedir!
İdman
25.04.2026 09:43
“Çelsi” klubunun eks-prezidenti Roman Abramoviç aktivlərinin dondurulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
TodayPress TV xəbər verir ki, rusiyalı milyarder Cersi hakimiyyət orqanlarının dörd ildir apardığı cinayət araşdırmasına etiraz edir.
Araşdırma çərçivəsində biznesmenin 5,3 milyard funt-sterlinq dəyərində aktivləri dondurulub.
Məlumata görə, bu məbləğin təxminən 1,5 milyard funtu 2022-ci ildə “Çelsi” klubunun Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satışından əldə olunan vəsaitlə bağlıdır.
Abramoviçin nümayəndələri bildiriblər ki, iş ittiham irəli sürülmədən, kifayət qədər şəffaflıq və sübut olmadan aparılır. Onlar prosesi siyasi motivli hesab edir və bunun fundamental hüquqların pozulması olduğunu iddia edirlər.
Namiq HUN
tag: Çelsi,Roman Abramoviç,Klub,İttiham,Todaypress.tv,
