Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi!

Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi!
25.04.2026 17:45 İdman

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan konkur üzrə Mantena Kuboku başa çatıb.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycanı “Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov təmsil edib.

Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan turnirdə idmançımız “Aqat” ləqəbli atla 110 sm hündürlükdə maneələrin dəf olunması yarışında 5-ci yeri tutub.

115 sm hündürlüyündə maneələrin dəf olunmasında isə Anar Hümbətov 6-cı nəticə göstərib.

Qeyd edək ki, turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 1
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 2
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 3
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 4
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 5
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 6
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 7
Çaparımız beynəlxalq turnirdə adından söz etdirdi! — 8
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər