Böyük şou gəlir: “El Klasiko” fərqli olacaq

İdman

21.04.2026 12:54

“Barselona” klubu növbəti “El Klasiko” üçün xüsusi layihəsini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Bildirilib ki, “Real Madrid” ilə keçiriləcək qarşılaşmada komandanın formasında ABŞ-li müğənni və aktrisa Oliviya Rodriqonun adı yer alacaq. Bu layihə “Spotify” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

23 yaşlı sənətçi “High School Musical: The Series” layihəsi ilə tanınıb və gənclər arasında böyük populyarlıq qazanıb. Bu addım müğənninin yeni albomunun təqdimat dövrünə təsadüf edəcək.

İspaniya mediasının məlumatına görə, xüsusi forma üçün artıq foto sessiyalar və tanıtım kampaniyaları hazırlanıb. Hətta Oliviya Rodriqonun matçı stadiondan izləməsi də istisna edilmir.

Qeyd edək ki, “El Klasiko” 10 may 2026-cı ildə keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Barselona,El Klasiko,Oliviya Rodriqo,Todaypress.tv,