Bonuççi milli komanda üçün radikal dəyişiklik istəyir

İdman

21.04.2026 13:08

“Yuventus” klubunun keçmiş kapitanı və İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi ölkə futbolunda köklü dəyişikliklər edilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Bonuççi bildirib ki, ardıcıl uğursuzluqlardan sonra İtaliya millisinin tam yenilənməyə ehtiyacı var və bu prosesdə ən ideal baş məşqçi kimi Xosep Qvardiolanı görür.

Onun sözlərinə görə, milli komanda son üç Dünya çempionatının seçmə mərhələsində uğursuzluq yaşayıb və bu, sistemli islahatların vacibliyini göstərir:

“İtaliya futbolunu tam yenidən qurmaq lazımdır, xüsusilə müdafiədən başlayaraq. Gənc və istedadlı futbolçularımız var, onlara vaxt vermək lazımdır. Vaxt ən vacib dərmandır. Əgər radikal dəyişiklik istəyiriksə, Pep bu iş üçün ideal şəxsdir. Bu çətindir, amma xəyallar pulsuzdur”.

Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi olan Qvardiolanın İtaliya millisində işləməsi hələlik yalnız hipotetik səviyyədə müzakirə olunur.

Namiq HUN

TodayPress TV

tag: Yuventus,Leonardo Bonuççi,İtaliya,Xosep Qvardiola,Todaypress.tv,