Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar
21.06.2026 19:26 İdman

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə "Olimpiya ümidləri" turnirinə yekun vurulub.

TodayPress TV Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanovla (65 kq) Rza Rzayev (70 kq) bürünc medala sahib olublar.

U-17-lərin yarışında Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kq) ilə Fatimə Məmmədli (50 kq) isə gümüş medala yiyələniblər.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər