“Betis”lə heç-heçə fanatları qəzəbləndirdi

“Betis”lə heç-heçə fanatları qəzəbləndirdi
25.04.2026 11:57 İdman

“Real Madrid” klubunun azarkeşləri komandanın oyunundan narazı qalıb və futbolçulara etiraz ediblər.

TodayPress TV xəbər verir ki, Madrid təmsilçisinin “Betis”lə La Liqanın XXXII turunda keçirdiyi oyundan (1:1) sonra azarkeşlər futbolçuların ünvanına sərt ifadələr səsləndiriblər.

Məlumata görə, “kral klubu”nun bir fanatı futbolçular stadionu tərk edərkən “Sizdə utanmaq yoxdur, üzünüzü göstərin!” deyə qışqırıb.

Alvaro Arbeloanın komandası son dəqiqələrdə qapısında qol görərək vacib qələbəni əldən verib.

Hazırda “Real Madrid” 74 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 8 xal geri qalır. Kataloniya təmsilçisinin ehtiyatda bir oyunu var.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər