“Betis” təcrübəli çalışdırıcıya etimadı davam etdirir
“Betis” klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
72 yaşlı çilili mütəxəssis 2020-ci ilin yayından Əndalus təmsilçisinə rəhbərlik edir.
Xatırladaq ki, Manuel Pelleqrini məşqçilik karyerasında “Vest Hem”, “Mançester Siti” və “Real Madrid” klublarını çalışdırıb.
Namiq HUN