Beka Kandelaki və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar

Beka Kandelaki və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar
20.04.2026 22:30 İdman

Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar.

TodayPress TV xəbər verir ki, B.Kandelaki yarımfinalda Dariuş Viteklə üz-üzə gəlib.

B.Kandelakinin macarıstanlı güləşçi ilə görüşündə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər.

İslam Abbasov (87 kq) isə yarımfinalda Bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

Həmçinin 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər