“Bavariya”nın ulduzu tarix yazmağa hazırlaşır!

“Bavariya”nın ulduzu tarix yazmağa hazırlaşır!
25.04.2026 13:57 İdman

Fransalı hücumçu Maykl Olise assist rekorduna yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, “Bavariya” klubunun forvardı “Barselona”nın keçmiş ulduz futbolçusu Lionel Messinin çempionatdakı assist rekordunu təkrarlaya, hətta yeniləyə bilər.

Lionel Messi 2019/2020-ci illər mövsümündə “Barselona”nın heyətində La Liqada keçirdiyi 33 oyunda 21 məhsuldar ötürmə ilə rekorda imza atıb.

Cari mövsümdə isə Maykl Olise Bundesliqada 27 oyunda 18 assist edib. O,  rekordun təkrarlanması üçün cəmi 3 məhsuldar ötürməyə ehtiyac duyur.

Bu gün Münhen təmsilçisi Bundesliqanın XXXI turu çərçivəsində “Maynts”a qarşılaşacaq.

Qeyd edək ki, mövsümün son üç turunda “Bavariya” öz meydanında “Haydenhaym” və “Köln”lə qarşılaşacaq, səfərdə isə “Volfsburq”un qonağı olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər